Robert Prosineçki “Xəzər Lənkəran” – “Neftçi” oyununu izləyəcək

Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyəcək. Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, o, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

Həmin kateqoriyadan