Robert Prosineçkidən fərqli, Rəşad Sadıqovun seçimi düz çıxıb

FİFA-nın təşkil etdiyi 2017-ci ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində səs vermə bilinib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu işdə təmsil edən millimizin baş məşqçisi Robert Prosineçki və komandanın kapitanı Rəşad Sadıqovun seçimi belə olub:

Robert Prosineçki
Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Antonio Konte (“Çelsi”), 3. Leonardo Jardim (“Monako”)
Ən yaxşı oyunçu: 1. Lionel Messi (“Barselona”), 2. Kristianu Ronaldu (“Real”), 3. Luka Modriç (“Real”)

Rəşad Sadıqov

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Massimilano Alleqri (“Yuventus”), 3. Antonio Konte (“Çelsi”)
Ən yaxşı oyunçu: 1. Kristianu Ronaldu (“Real”), 2. Neymar (“Barselona”/PSJ), 3. Lionel Messi (“Barselona”)

İlin ən yaxşı baş məşqçisi “Real”ın çalışdırıcı Zinəddin Zidan, ən yaxşı futbolçusu “Real”ın hücumçusu Kriştianu Ronaldu seçiliblər.

Həmin kateqoriyadan