Robert Prosineçkinin adı “Valeniya”nın baş məşqçiliyə taliblər sırasında

Almaniya mətbuatı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə bağlı yeni məlumay yayıb. Allsport.az saytı xəbər verir ki, “Kicker” nəşri xorvatiyalı mütəxəssisin İspaniyada çalışa biləcəyini yazıb. Onun “Valensiya”nın baş məşqçi postuna gətirilə biləcəyi bildirilir.

48 yaşlı məşqçinin türkiyəli agenti Yaşar Çalışır bir neçə gün əvvəl İspaniyaya yollanıb və bu klubun rəhbərliyi ilə görüşüb. Son vaxtlar tez-tez baş məşqçi dəyişən klub rəhbərliyi Prosineçki ilə işləməyə müsbət baxır. Hazırda 11-ci pillədə pillədə olan “Valeniya”nı yerli mütəxəssis Voro çalışdırır.

Həmin kateqoriyadan