Robert Prosineçkinin komandası antirekordun astanasında

Azərbaycan millisi son 20 ilin antirekordunu göstərə bilər. Allsport.az saytı xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışında Andorra ilə bərabərə qalan (0:0), Makedoniyaya uduzan (1:3) Robert Prosineçkinin çalışdırdığı komandamız xallarını 269-dan 252-yə endirib.

Bu da yığmamızın FİFA reytinqində xeyli geriləməsinə səbəb olacaq. İstisna deyil ki, futbol komandamız növbəti reytinq siyahısında 138-ci olsun. Hazırda isə “ay-ulduzlularımız 133-cü pillədə qərarlaşıblar.

Millimiz 138-ci pilləyə yuvarlansa, bu, Azərbaycanın son 20 ildəki ən pis göstəricisi olacaq.

Həmin kateqoriyadan