Robert Prosineçkinin komandası Millətlər liqasının zəiflər olan qrupundadır

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının 8-ci tur oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək.
DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək. Hazırkı vəziyyətə əsasən, Azərbaycan millisi “C” liqasında oynamalıdı. Robert Prosineçkinin komandası burada sonuncu – 3 komandalı səbətin axırıncısıdı. Yığmamız Kipr və Estoniya ilə birlikdə bu liqanın ən zəiflərinin səbətindədir.
Millimizin bu mövqeyi UEFA-nın son üç turnirə əsasən hesabladığı reytinqdə 39-cu pillədə olmasından irəli gəlir. Hesabında 17,061 xal olan yığmamız 55 ölkədən 16-nı arxada qoyur. Həmin 16 komanda isə ən zəif liqanın iştirakçılarıdır.
Apasport.az saytının məlumatına görə, əmsalın ən yaxşısı Almaniya və ən yaxın izləyiciləri Portuqaliya, Belçika və İspaniya isə “A” liqasının səpələnmiş komandalarıdır. Qonşu Türkiyə “B” liqasının sonuncu səbətində qərarlaşıb. Qaydalara əsasən, “A” liqasında 12, “B” liqasında 12, “C” liqasında 15, “D” liqasında 16 komanda mübarizə aparmalıdır.
Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra dəqiqləşəcək. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda liqalarda “Dördlər finalı” baş tutacaq.
“A” liqası
1-ci səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
2-ci səbət
İngiltərə, İsveçrə, İtaliya, Fransa
3-cü səbət
Polşa, Rusiya, Xorvatiya, İslandiya
“B” liqası
1-ci səbət
Uels, Hollandiya, Slovakiya, Şimali İrlandiya
2-ci səbət
İsveç, Ukrayna, Bosniya və Herseqovina, Avstriya
3-cü səbət
Türkiyə, İrlandiya, Danimarka, Macarıstan
“C” liqası
1-ci səbət
Sloveniya, Albaniya, Çexiya, Rumıniya
2-ci səbət
Şotlandiya, Monteneqro, Serbiya, Yunanıstan
3-cü səbət
Bolqarıstan, Norveç, İsrail, Finlandiya
4-cü səbət
Kipr, Estoniya, AZƏRBAYCAN
“D” liqası
1-ci səbət
Litva, Belarus, Gürcüstan, Ermənistan
2-ci səbət
Makedoniya, Farer adaları, Latviya, Lüksemburq
3-cü səbət
Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta
4-cü səbət
Andorra, Kosovo, San-Marino, Cəbəllütariq

Həmin kateqoriyadan