Roberto Bordin: “Amma əsas odur ki, istənilən heyətlə yaxşı oyun göstərə bilək”

“Neftçi” ölkə çempionatının 12-ci turunda “Səbail”ə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra bayraqdarın baş məşqçisi Roberto Bordin bunu söyləyib:

“Futbolçular çox çalışdılar. Yaxşı oyun göstərərək qələbə qazandıq. Həm də buna turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan rəqiblə səfər oyununda nail olduq. Komandamı təbrik edirəm.

Yaxşı kollektivimiz var. Əlbəttə, futbolda zədələr də olur. Amma əsas odur ki, istənilən heyətlə yaxşı oyun göstərə bilək. Matçın əvvəlində Dario ilə aramızda mübahisə yox, söhbət oldu. Bu normal haldır, futbolda belə şeylər olur.

Ciddi bir şey olsaydı, Darionu dərhal əvəzləyərdik, sona yaxın yox. Rəhmana gəlincə, onun oyunundan tam razıyam. Hətta qol da vura bilərdi, amma təəssüf ki, alınmadı. Hücuma qoşulmaqda, keçidlərdə ön xətt oyunçularımıza dəstək olurdu. Ümumilikdə, yetərincə futbolçularımız var. Bu bizim üstünlüyümüzdür. Mən də öz növbəmdə seçimlərimi edirəm”.

Həmin kateqoriyadan