Roberto Bordin: Bəzi şeyləri yaxşılaşdırmaq lazımdır

“Neftçi” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Dunarea Kalarası” klubuna 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Roberto Bordin yoxlama oyunu barədə bunu deyib:

“Futbolçular matça ilk dəqiqələrdən köklənmişdilər, ehtiyatlı oynadılar. Şadam, amma bəzi şeyləri yaxşılaşdırmaq lazımdır ki, biz də bunu edəcəyik.

Qol epizodları yaratdıq, amma onları daha yaxşı yekunlaşdırmalıydıq. Bununla belə, nəticədən başqa, komandanın oyunundan da razı qaldım”.

Həmin kateqoriyadan