Roberto Bordin: “Bizi sonadək dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 25-ci turunda oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, “Sabah”la görüşdən razı qaldığını deyən italiyalı mütəxəssis, sonadək dəstək olduqlarına görə azarkeşlərə təşəkkür edib:

“Oyunun nəticəsindən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq. Oyun, xüsusilə ilk hissə çətin keçdi. Rəqibin də hesabı açmaq imkanı var idi, amma bizim şanslarımız daha real idi. Mirabdullanın 100 faizlik epizodunu xüsusilə qeyd edərdim. Fasilədən sonra futbolçularımız tempi daha da artırdı.

Rəqibin bir nəfər azlıqda qalması da xeyrimizə oldu. Sonda iki top fərqini qoruya bildik. Oyunçularımı əzmkarlığa görə təbrik edirəm. Bununla belə, üzüldüyüm məqamlar da var. Zədələnənlər və sarı vərəqə limitini dolduranlar oldu. Bizi sonadək dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm”.

Həmin kateqoriyadan