Roberto Bordin: “Bu qol oyunumuza görə bir növ hədiyyə oldu”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 6-cı turunda “Qəbələ” ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis qələbənin komandaya psixoloji baxımdan üstünlük verəcəyini deyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oynadıqları üçün onlara təşəkkür edirəm. Komandamızın meydana çıxan və çıxmayan üzvlərinin hamısına minnətdaram. Çünki hamısı qələbəyə köklənmişdi.

İlk hissədə bir neçə qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Buna baxmayaraq, fasilədən sonra Tural Axundovun vurduğu qol oyumunuzu açdı, daha da gözəlləşdirdi. Bu qol oyunumuza görə bir növ hədiyyə oldu”.

Həmin kateqoriyadan