Roberto Bordin: Çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var

“Neftçi”nin baş məşqçisi Roberto Bordin “Slovan”la yoxlama görüşündən sonra fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 1:2 uduzduqları oyun barədə danaşarkən, komandanın meydanda hərəkətini, futbolçuların qarşılıqlı anlaşmasını, xətlər və mövqelərarası anlaşmanı görməyin vacib olduğunu söyləyib:

“Əlbəttə, nəticə həmişə önəmlidi. Amma belə oyunlarda komandanın meydandakı hərəkətini, futbolçuların qarşılıqlı anlaşmasını, xətlər və mövqelərarası anlaşmanı görmək daha vacibdir. Yeni futbolçularımızı da izləmək xoş idi.

Məsələn, düşərgəyə yeni qoşulmuş Vanqelis Platellas oyuna hücumameylli yarımmüdafiəçi kimi başlasa da, sonradan sağ cinaha çəkildi. Çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Bunun üzərində işləyəcəyik”.

Həmin kateqoriyadan