Roberto Bordin: “Fikrimcə, bizim üçün çox gözəl oyun oldu”

“Neftçi” Avropa liqasına uğurlu başlayıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” 1-ci ələmədə paytaxtda Macarıstan “Uypeşt”i üzərində 3:1 qələbə qazanıb. Görüşdən mətbuat konfransında baş məşqçi Roberto Bordin bunu deyib:

“Komandamdan və nəticədən çox razıyam. Futbolçulardan həm də ona görə razıyam ki, qol buraxandan sonra özlərinə gələ bildilər. Fikrimcə, bizim üçün çox gözəl oyun oldu. İmkanlarımız az deyildi. Hətta 3 qol vuraraq, oyunu öz xeyrimizə çevirə bildik. Komandamızın üzvləri xarakter göstərdilər.

Namiq Ələskərova görə çox üzgünəm, dizindən zədələndi. Zədəsinin nə qədər ciddi olduğu hələ ki məlum deyil, amma ümid edirəm, yaxşı olacaq. Futbolçularımızın fiziki durumundan da razı qaldım.

Çünki Namiq zədələnəndə 10 dəqiqə azlıqda oynadıq və bu müddət ərzində komanda ikiqat güc sərf etdi. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar oyun başlayandan sonadək bizi dəstəklədilər”.

Həmin kateqoriyadan