Roberto Bordin: “İlk dəqiqələrdən sonadək müvazinatı itirməməliyik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının 2-ci təsnifatında Rusiyanın “Arsenal” (Tula) klubuna qarşı cavab oyunu öncəsi fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında öncə bunu söyləyib:

“Bizi ilk görüşdəkindən daha çətin oyun gözləyir. Rəqib də fərqli oyun göstərməyə çalışacaq. “Arsenal” çox güclü komandadır. Bunu ilk oyunda da göstərdilər. Sonadək mübarizə aparıb, nəticəni dəyişməyə cəhd etdilər. İlk dəqiqələrdən sonadək konsentrasiyamızı itirməməliyik”.



Həmin kateqoriyadan