Roberto Bordin: Müdafiədə bəzi boşluqlarımız var

“Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının 3-cü ələməsində “Bney Yəhuda” ilə oyundan sonra mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis mərhələni keçəcəyimizə inandığını bildirib:

“Rəqibin ilk dəqiqələrdən 8-9 nəfərlə müdafiə olunacağını gözləyirdik. Bəzən onlara 2 hücumçu da qoşulurdu və bütün komanda ilə müdafiəyə otururdular. İlk hissədə hücum qurmaqda çətinliklər yarandı. Rəqib isə əks-hücumlar qurub, bundan istifadə etdi.

Hesab 0:2 olmazdan öncə təhlükəli epizodlarımız var idi, lakin istifadə edə bilmədik. Buna baxmayaraq, komanda toparlandı və sona qədər vuruşdu. Müdafiədə bəzi boşluqlarımız var. Həftəboyu üzərində işləyib, çalışacağıq bunları düzəldək.

Futbolçularımın göstərdiyi xarakter məni qane etdi. Əzmkarlıq edib, sona qədər vuruşdular, təslim olmadılar. Çalışacağıq cavab oyununda daha yaxşı çıxış edək”.

Həmin kateqoriyadan