Roberto Bordin: Oyun əvvəldən istədiyimiz kimi getmədi

“Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının 1-ci təsnifatında “Sperantsa” klubu ilə cavab oyunu sonrası mətbuat konfransında fikrini açıqladı. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis Moldova təmsilçisi üzərində 6:0-lıq qələbənin “Arsenal”la görüş öncəsi böyük motivasiya saydı:

“Çətin oyun olacağını bilirdik. Qarşılaşmadan əvvəl futbolularıma tapşırmışdım ki, rəqibi düzgün qiymətləndirsinlər, yuxarıdan aşağı baxmasınlar.

Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Amma bu heç də belə deyil. Çünki oyun əvvəldən istədiyimiz kimi getmədi. Buna baxmayaraq, futbolçularımın matça yanaşması çox yaxşı oldu və sonda gözəl oyunla qələbə qazandıq”.

Həmin kateqoriyadan