Roberto Bordin: Oyunu sonadək idarə edən tərəf biz idik

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 16-cı turunda “Keşlə” ilə oyun sonrası mətbuat konfransında fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, görüşə nəzarətin tan onlar tərəfdə olduğunu deyən italiyalı mütəxəssis komanda üzvlərini təbrik edib:

“Oyun elə də asan alınmadı. Çünki rəqib, demək olar, bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yarada bildik. Bunun birindən də Emin Mahmudov çox gözəl istifadə edib qol vurdu. Oyunu sonadək idarə edən tərəf biz idik. Qoldan sonra da çoxlu sayda qol epizodları yaratdıq.

Əlbəttə, müdafiədə də boşluqlarımız oldu, amma Səlahət Ağayev qapımızın toxunulmazlığını qoruya bildi. Hesabı daha da artırmaq istəyirdik, amma Dabo və Sansone şanslarından istifadə edə bilmədilər. Qələbə qazandıq. Komandamı təbrik edirəm”.

Həmin kateqoriyadan