Roberto Bordin: Penalti komandamızın göstərdiyi oyuna görə hədiyyə kimi oldu

“Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkə çempionatının 22-ci turunda “Keşlə” ilə oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis qələbəyə haqq etdiklərini deyib:

“Bura gəlməzdən əvvəl bilirdik ki, bizi çətin oyun gözləyir. Meydan amilini səbəb kimi göstərmək istəmirəm, çünki süni ot örtüyündə oynamaq hər 2 komandaya pis təsir edirdi. Bunu bilirdik, hazır gəlmişdik.

Rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratdıq, amma top qapıdan keçmirdi. Sona yaxın penalti qazanıb hesabı açdıq. Penalti komandamızın göstərdiyi oyuna görə hədiyyə kimi oldu. Futbolçularımızı qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan