Roberto Bordin: “Pressinq tətbiq edib, rəqibə orta xəttə oynamağa imkan vermədik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının 2-ci ələməsinin ilk oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis Tulada yerli “Arsenal” üzərində 1:0-lıq qələbədən razı qaldığını deyib:

“Nəticədən və oyundan razıyam. Şadam ki, qələbə qazandıq. Dünən demişdim ki, ağır oyun olacaq. Belə də oldu. Futbolçularımızın oyuna yanaşmasından çox razı qaldım. Onlar tapşırıqları düzgün yerinə yetirdilər.

Pressinq tətbiq edib, rəqibə orta xəttə oynamağa imkan vermədilər. Sonradan meydana daxil olan futbolçulardan da razıyam. Onlar eyni tempi saxlamağı bacardılar. Qələbə münasibətilə komandamı təbrik edirəm”.

Həmin kateqoriyadan