Roberto Bordin: Rəqib meydanda doğru mövqe seçib, düzgün bağlanır

Avropa liqasının 3-cü təsnifatında avqustun 15-də saat 21:00-da “Ha Moşava” stadionunda “Bney Yəhuda” – “Neftçi” oyunu öncəsi baş məşqçimiz Roberto Bordinin mətbuat konfransı olub. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis görüşün çətin keçəcəyini deyib:

“Sabah bizi güclü rəqiblə çətin oyun gözləyir. “Bney Yehuda” yaxşı hazırlıqlı komandadır. İlk oyunda rəqibin yaxşı qapandığının şahidi olduq. Meydanda doğru mövqe seçib, düzgün bağlanırlar. Asan olmayacaq.

Çünki rəqib arxada qapanır və güclü fərdi keyfiyyətlərə malik futbolçuların vasitəsilə əks-hücumlar yaratmağa çalışır. İlk oyundakı nəticəyə görə rəqibin cüzi üstünlüyü var. Düşünürəm ki, bu dəfə meydana fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun olacaq”.

Həmin kateqoriyadan