Roberto Bordin: Səfərə sərfəli nəticə ilə yollanmaq istəyirik

“Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının ilk təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki,
İtaliyalı mütəxəssis ilk oyunun evdə keçiriləcəyini üstünlük hesab etdiyini deyib:

“Speranta” adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdı. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik.

Təbii ki, Moldova çempionatını, “Speranta”nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odu ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq”.

Xatırladaq ki, “Neftçi” və “Speranta” arasında ilk oyun iyulun 11-i “Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

Həmin kateqoriyadan