Roberto Bordin: Süni meydana uyğunlaşmaq üçün vaxt lazım idi

“Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkə çempionatının 10-cu turunda “Keşlə” ilə matç sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis komandanın hər bir üzvünün əzmkar oynadığını bildirib:

“Bu, böyük və əzəmətli qələbədir. Bütün futbolçular əzmkar oynadılar, qələbə istəklərini göstəridlər. Buna görə də komandanı təbrik edirəm.

Bu qələbə həm də ona görə önəmli oldu ki, süni meydana uyğunlaşmaq üçün vaxt lazım idi. İstifadə edə bilmədiyimiz qol vəziyyətlərimiz də oldu. Bununla belə, bu cür meydanda çox yaxşı oyun nümayiş etdirdik”.

 

Həmin kateqoriyadan