Roberto Bordin: Üzücüdür ki, hesabda üstünlüyü qoruya bilmədik

“Neftçi”nin baş məşqçisi Roberto Bordin 11-ci turda “Zirə” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis komandasının qələbə hesabını qoruya bilmədiyi üçün üzüldüyünü bildirib:

“Sərt oyun alındı. Hər 2 komanda qalib gəlmək üçün sonadək mübarizə apardı. Yaxşı rəqiblə qarşılaşdıq. “Zirə” sonuncu yerdə olmağa layiq deyil. Üzücüdür ki, qələbə hesabını qoruya bilmədik.

Bundan əvvəlki görüşdə Krivotsyuk-Braliç tandemi yaxşı oyun göstərmişdi. Kirilo Petrov isə təcrübəsi ilə gənclərə dəstək verir. Antonun ehtiyatda qalması bizim seçimimiz idi. Bu dəfə Braliçi seçmişdik.

Heyət son məşqdən sonra müəyyənləşir. Rəqib komandadan fərdi olaraq kimisə fərqləndirə bilmərəm. “Zirə” komanda oyunu göstərdi. Bununla belə, hesab 2:2 olandan sonra əks-hücumda qol vura bilərdik”.

Həmin kateqoriyadan