Roberto Mançini “Qarabağ” klubu barəsində nə dedi?

İtaliyanın “İnter” klubunun baş məşqçisi Roberto Mançini “RAİ” kanalına müsahibəsində Avroliqanın son turundakı “Qarabağ”la oyun haqda danışıb. Allsport.az saytı sportpress.az-a istinadən xəbər verir ki, mütəxəssis, Bakıdakı oyunun onlar üçün əhəmiyyətli olduğunu deyib:

“Bizi hazırda daha çox A seriyası düşündürür. Amma Avroliqadakı oyun az əhəmiyyətli deyil. Avrokuboklarda hər bir oyun vacibdir. Səfərə nisbətən az oynayan futbolçuları aparmaqda məqsəd onlara şans verməkdir. Bəzi əsas futbolçuların istirahətə ehtiyacı var. Digər tərəfdən komandadakı hər bir futbolçu meydana çıxmalıdır.

Bakıdakı oyun vacibdir. Ümid edirəm futbolçularımız yaxşı oyun göstərəcək. Rəqib Avropada gənc komandadır. Azərbaycan çempionuna hörmət edirik. Yaxşı komandaları var. Fikrimcə, Azərbaycanda İtaliyadakı matçdan daha yaxşı oynayacaqlar”.

Həmin kateqoriyadan