“Roma” ilə matçın biletləri sentyabrın 7-dən satışda olacaq

Çempionlar liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ” klubunun İtaliya “Roma” ilə keçirəcəyi matçın biletlərini sentyabrın 7-dən satışda olacaq. Allsport.az saytı xəbər verir ki, futbol həvəskarları qeyd olunan satış məntəqələrindən və canlı olaraq iTicket.az saytından istərlərini əldə edə biləcəklər. Biletlər alınarkən, eləcə də stadiona daxil olar zaman, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq. Xatırladaq ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), Məhəmməd Əmin Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

Həmin kateqoriyadan