Roman Qriqorçuk: Bu məğlubiyyətdə bütün günahı öz üzərimə götürürəm

Premyer liqanın 7-ci turunun “Qəbələ” – “Kəpəz” (0:2) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Oyun barədə hər şey demək olar. Biz pis oynadıq və uduzduq. Başa düşürəm və əminəm ki, daha yaxşı oynamaq üçün potensialımız var. Bugünkü matçda bütün günahı öz üzərimə götürürəm. Bu gün gördüm ki, futbolçularımız çox çalışdı. Onlardan heç birinə irad bildirməyim düz olmaz. İstədiyimiz çox şey alınmadı.

Amma futbolda belə hallar olur. Öncədən nə isə söyləmək çətindir. Çox istərdik ki, daha uduzmayıb, qələbələri sıralayaq. İndi oyunçuları itirməyimiz və ya hadisələrin başqa axarından danışmağın vaxtı deyil. Futbolda məğlubiyyət də olur. Bu nəticəyə sakit yanaşıram. Əsas odur ki, mən narahat olum, amma futbolçularıma mənfi heç nə yönəlməsin. Onlar nə isə əldə etməyə çalışdılar, lakin alınmadı”.

Həmin kateqoriyadan