Roman Qriqorçuk: Futbolda hər şey olur

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ” – “Səbail” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis 1:0 qalib gəldikləri görüş barədə bunu deyib:

“Oyundan razı qaldım. Ümumiyyətlə son vaxtlar komandamın oyunundan zövq alıram. Bu da çox yaxşı, müsbət məqamdır. Təəssüf ki, bu gün daha çox qol vura bilmədik. Çünki belə oyunda hesab başqa cür olmalı idi. Lakin göstərdiyimiz oyundan razıyam.

Rəqibin cavab matçında necə oynayacağını indidən deyə bilmərəm. “Səbail” yaxşı komandadır və biz cavab matçına ciddi yanaşacağıq. Müxtəlif variantlara hazırlaşacağıq. Futbolda hər şey olur. İndi matçı təhlili vacibdir ki, cavab görüşünədək oyunumuzda müəyyən düzəlişlər edək”.

Həmin kateqoriyadan