Roman Qriqorçuk “Qəbələ”yə daha 2 ukraynalı gətirir

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun məşqçilər korpusu müəyyənləşib. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis daha iki həmyerlisini ölkəmizə gətirəcək.

Belə ki, Mixail Savka və Stepan Matveyevin “Qəbələ”də çalışacağı bildirilir. Onlar Qriqorçukla birlikdə Odessa “Çernoiorets”ində çalışıb. Qriqorçuk hər iki köməkçisini ölkəmizə gətirməyə qərar verib.

“Qəbələ” rəhbərliyi isə Dorinel Muntanyunun istefasından sonra komandaya rəhbərlik edən Sənan Qurbanov və qapıçılarla işləyən məşqçi Dmitri Kramarenkonu komandada saxlamaq qərarına gəlib. Qriqorçukun məşqçilər korpusu da məhz bu dörd mütəxəssisdən ibarət olacaq.

Həmin kateqoriyadan