Roman Qriqorçuk: «Səbail» ilə müqayisədə, «Qarabağ»la daha yaxşı oynadıq

Bu gün premyer liqanın 11-ci turunda «Qəbələ» evdə «Səbail»i 2:0 hesabı ilə yendi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Roman Qriqorçuk bunu dedi:

«Bütün rəqiblərə eyni cür hazırlaşırıq, hamıya eyni gözlə baxırıq. Bizə fərqi yoxdur, «Qarabağ» olsun, ya «Səbail». Əsas odur ki, psixoloji durum sabit olsun.

«Qarabağ»la ötən matçda daha yaxşı çıxış etdik. Rəqibə qol imkanı vermədik. Bu gün isə bir qədər alınmadı. Hər halda, qalib gəldiyimiz üçün məmnunam».

Həmin kateqoriyadan