Roman Qriqorçuk: Yoxlama görüşü bizə komandanın durumu barədə kifayət qədər məlumat verdi

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində “Ağhasar Bələdiyyəspor” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda danışıb. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Hazırlıq baxımından yaxşı oyun oldu. Rəqibimiz də yaxşı komanda idi. Qarşılaşmanın məşq baxımından da alındığını demək olar. Yoxlama görüşü bizə komandanın durumu barədə kifayət qədər məlumat verdi. Hər şey gözlənildiyi kimi oldu. Hətta deyərdim ki, futbolçuların durumuna görə biz onların daha az vaxt oynayacağını düşünürdük. Lakin matçın gedişində onların hazırlığına baxıb, bəzilərinin az qala bütün qarşılaşmada meydanda olmasına qərar verdik. Bu oyun bizim üçün çox faydalı oldu”.

Mütəxəssis təlim-məşq toplanışının arxada qalan dövrünü də dəyərləndirib. Mütəxəssis yanvarın 5-də start götürən hazırlığın gedişindən razılığını bildirib: “Bu görüşə qədər olan hazırlıq prosesində də əla çalışmışdıq. Arxada qalan müddətdə həm biz yaxşı işləmişik, həm də hava şəraiti mane olmayıb. Elə bu üzdən də belə yaxşı funksional hazırlıqda idik. Mən məşqlərin 6-cı günü üçün olan vəziyyəti nəzərdə tuturam”.

Həmin kateqoriyadan