Ronaldinyo Bakıya gəlib

Dünya futbolunun ulduzu Ronaldinyo paytaxtımıza gəlib. Allsport.az saytı xəbər verir ki, 36 yaşlı dünya çempionu baş şəhərimizdə olması ilə bağlı öz “Twitter” səhifəsində bununla məlumat yerləşdirib.
O, “Bakıda ilk gün, şou” sözünü yazıb. Bununla da braziliyalının ölkəmizə yalnız dünən gəldiyini ehtimal etmək olar. Fotoya əsasən, hücumçunun “Four Seasons” mehmanxanasında olduğunu söyləmək mümkündür.
Ronaldinyonun Azərbaycana futbol klublarımızdan birinin dəvəti ilə gəldiyi və əməkdaşlıqla bağlı müqavilə imzalayacağı bildirilir. Çox güman, “Qarabağ”ın bu gün Yunanıstan PAOK-u ilə avropaliqa matçında azarkeşlər onu stadionda görəcəklər.

Həmin kateqoriyadan