Rostislav Pevtsov Afrika kubokunda da qızıl medal qazanıb

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Mərakeş paytaxtı Rabatda təşkil olunan açıq Afrika kubokunda qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, təmsilçimiz 44 idmançının mübarizə apardığı yarışda 57 dəqiqə 28 saniyə nəticə göstərərək Afrika kubokunun qalibi olub. O, ən yaxın izləyicisi fransalı Maksim Нüber-Müsbrügerı 1 saniyə qabaqlayıb.

Qadınların mübarizəsində komandamızın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə 6-cıı olub. Millimiz yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub. Qeyd edək ki, Rostislav İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kubokunda da 1-ci yeri tutub.

Həmin kateqoriyadan