Rostislav Pevtsov Honq Konqda 1-ci olub

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Honq Konq şəhərində təşkil olunan sprint üzrə açıq Asiya kubokunda qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, 750 metrlik su məsafəsini 09:33 dəqiqəyə başa vurub.

Ardınca isə 20 kilometrlik velodistansiyanı 29:14 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi – 5 kilometrlik qaçış zolağında idmançımız 15:09 nəticə göstərib.

Qadınların mübarizəsində Kseniya Levkovskaya 1 saat 04 dəqiqə 29 saniyəlik nəticə ilə 4-cü olub.

 

Həmin kateqoriyadan