Rostislav Pevtsov olimpiya marafonunda 6-cı olub

Triatlon milinin öncülü Rostislav Pevtsov Tokio-2020 üçün olimpiya marafonuna qatılıb. Allsport.az saytı xəbər verir ki, o, Yaponiyanın Yokohama şəhərində keçirilən dünya seriyasının 3-cü mərhələsində 6-cı olub.

İdmançımız 1500 metrlik su məsafəsini 17 dəqiqə 47 saniyəyə başa vurub. Ardınca 40 km-lik veloməsafəni 55 dəqiqə 58 saniyəyə qət edib. Nəhayət, yarışın sonuncu mərhələsi 10 km-lik qaçışda finişə 30 dəqiqə 57 saniyəyə çatıb.

Milli üzvləri olimpiya oyunlarına vəsiqə qazanmaq üçün 2 il ərzində təsnifatda iştirak edəcəklər. Bu müddət ərzində onlar dünya və Avropa çempionatları, dünya kuboku daxil olmaqla, çıxış etdikləri bütün yarışda lisenziya xalları toplayırlar.

Həmin kateqoriyadan