Rostislav Pevtsov olimpiya reytinqində 22-cidir

Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni olimpiya reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Rostislav Pevtsov reytinq cədvəlində 22-ci pillədə qərarlaşıb. Onun hesabında 4244,11 xal var.

Sıralamada ilk 55 pillədə qərarlaşan idmançılar Rio-2016-ya vəsiqə qazanacaq. Bunu nəzərə alaraq, təmsilçimiz lisenziya qazanmağı yaxındır. Reytinq cədvəlinə ispaniyalı Mario Mola liderlik edir.

Həmin kateqoriyadan