Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının icraiyyə komitəsinə üzv seçilib

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası icraiyyə komitəsinin üzvü seçilib. Allsport.az saytı xəbər verir ki, bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində qurumun konqresi keçirilib. Tədbirdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.

Öncə təşkilatın rəhbəri Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sonra dünya cüdo təşkilatının baş katibi Jan Roje son 4 illik hesabatı konqres iştirakçılarının diqqətinə çatdırıb. O, növbəti 4 il müddətinə prezident seçkilərinə yeganə namizəd olduğundan səsvermə açıq keçirilib və o yekdilliklə yenidən Beynəlxalq Cüdo Federasiyasının prezidenti seçilib.

Daha sonra icraiyyə komitəsinin növbəti 4 il müddətinə yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. ACF prezidenti Rövnəq Abdullayev bu quruma üzv seçilib.

Həmin kateqoriyadan