Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

Bu gün İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıd Azərbaycan futbolunun inkişafı ilə bağlı ətraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyədə təşkil olunması ilə bağlı FIFA prezidenti Canni İnfantinonu təbrik edib.

Söhbətə zamanı 2 təşkilat arasında mövcud yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

Həmin kateqoriyadan