Rövnəq Abdullayev: Gәlin, mükafat mövzusunu qabartmayaq

AFFA prezidenti millimizin DÇ-2018-in seçmə mərhələsində Çex Respublikasına qarşı oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, Rövnəq Abdullayev, 0:0 bitən görüş barəsində bunu deyb:

“Әla nәticәdir. Komandanı tәbrik edirәm. Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq.

Gözlәnilmәzdir, ancaq gәlin, eyforiyaya qapılmayaq. Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq”.

Həmin kateqoriyadan