Rövnəq Abdullayev UEFA-nın yeni prezidentini Bakıya dəvət edib

AFFA prezidenti Rövnəq Abdullayev UEFA-nın yeni başçısı Aleksandr Çeferin və baş katib Teodor Teodoridisi ölkəmizə dəvət edib.

Allsport.az saytı xəbər verir ki, məqsəd, Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində bu qonaqların da iştirakıdır.

Tədbir sentyabrın 30-da Bakı olimpiya stadionunda keçiriləcək. Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar konqresdə UEFA-nın prezidenti seçilib.

Həmin kateqoriyadan