Rövnəq Abdullayevin oğlu “Səbail” klubunun müşahidə şurasının sədri seçilib

Bu gün “Bayıl Arena”da “Səbail” klubunun müşahidə şurasının yeni iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda quruma sədr seçilib.

Klubun müşahidə şurasına bundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev sədrlik edəcək. Şuranın əvvəlki sədri Yusif Həsənov komandanın icraçı direktoru olacaq.

Həmin kateqoriyadan