Rövşən Bayramov: «Özümü yenidən sübut etmək istəyirəm»

«Vəziyyət normaldır. Məşqlərimi davam etdirirəm. Formamı bərpa etməyə çalışıram». Bu açıqlamanı allsport.az saytına yunan-Roma güləşçimiz Rövşən Bayramov verib.

2-qat olimpiya mükafatçısının sözünə görə, iki il ölkə kənarında yarışlarda iştirak etmədiyidən, görüş təcrübəsizliyin olmamasından, ayın əvvəlində Moskvada keçirilmiş Avropa Millətlər Kubokunda istədiyi kimi çıxış edə bilməyib:

«Açılışmağım üçün, daha çox turnirlərdə mübarizə aparmalıyam. Məşqçilər korpusu şansı verirmi? İmkan həmişə var. Sadəcə, optimal hazırığın səviyyəsinə qalxandan sonra, daha iddialı olacağam.

Avropa Millətlər Kubokuna özümü sınamaq üçün yollanmışdım. Gələn il üçün bəzi planlarım var. Özümü yenidən sübut etmək istəyirəm».

Həmin kateqoriyadan