Rövşən Bayramovla Sabah Şəriətidən Rio-2016-ya vəsiqə!

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə milli komandamızın üzvü Elvin Mürsəliyev 75 kq çəkidə Olimpiya oyunlarına lisenziya qazanıb. İkinci yarış günündə 59, 71, 80 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar 0limpiadaya birbaşa vəsiqə alacaq.

59 kq 
1/16 final – Rövşən Bayramov – Singh Ravinder (İND) 9:1
1/8 final – Rövşən Bayramov – Von Çol Yun (PRK) 8:7
1/4 final – Rövşən Bayramov – Hamid Mohammad Soryan (İRİ) 5:0

71 kq 
1/16 final – Rəsul Çunayev – Frank Hassli (MON) 5:1
1/8 final – Rəsul Çunayev – Adam Kurak (RUS) 9:0
1/4 final – Rəsul Çunayev – Justin Daşaun Lester (USA) 8:0

130 kq 
1/8 final – Sabah Şəriəti – Balint Lam (HUN) 3:1
1/4 final – Erwin Jose Caraballo Cabrera (VEN) – Sabah Şəriəti 0:9

Həmin kateqoriyadan