Rövşən Fətullayev: Bu dünya çempionatında mübarizə aparacağam

Milli komandanın ağırlıqqaldıranı Rövşən Fətullayev (94 kq) bir müddət öncə çiynindən əməliyyat olunub. Bu barədə xəbəri allsport.az saytına idmançının özü deyib. O, bildirib ki, hazırda yüngül məşqlərlə kifayətlənir:

«İndi müalicə alıram. Hələlik yüngül çalışmalar edirəm. Mütəxəssislərin rəyinə görə, əsas məşqlərə iyunda başlaycağam. İnşallah, bu ilki dünya çempionatında mübarizə aparmağı planlaşdırıram».

Həmin kateqoriyadan