Rövşən Həsənov: “Odlar yurdunda döyüş” tarixi hadisədir

Sabah “Sərhədçi” Olimpiya İdman Mərkəzində M-1 Challenge 67 gecəsi təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, “Odlar yurdunda döyüş” adlanan tədbirə maraq böyükdür.

Bu gün Bakı şousu ilə bağlı «Gənclik Mall»da mətbüat konfransı keçirildi. Yığıncaqda çıxış edən Azərbaycan MMA liqasının prezidenti Rövşən Həsənov, idmanın ölkəmizdə mühüm sahələrdən olduğunu dedi:

«20 ildir ki, MMA dünyada məşhurdur. Bu yarışın bizdə keçirilməsi tarixi hadisədir. Ölkə başçısının qeyri-olimpiya növlərinə dəstək verməsi bizləri daha ruhlandırır, yeni işlər görməyə, uğur qazanmağa yol açır. Sabah gözəl mübarizələrin şahidi olacacınızdan əminəm».

Həmin kateqoriyadan