Rövşən Hacıyevin komandası “Çempionlar”dan 6, qızlarımız 5 medalla dönüb

Antalyada gənclərin “Çempionlar” yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, rəqabətin son günündə 3 medal qazanılıb.

Sərbəst güləşçimiz Fuad Mayılov (86 kq) 3-cü yeri tutub. Qızlardan Birgül Soltanova (57 kq) gümüş, Yasəmən Məcidli (50 kq) bürünc medala yiyələnib.

Beləliklə, “Çempionlar”da medallarımızın sayı 11-ə çatıb. 

Həmin kateqoriyadan