Rövşən Hacıyevin komandası qitə çempionatında 3-cü yer tutub

İspaniyanın Pontevedra şəhərində gənclərin Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə böyük məşqçi Rövşən Hacıyev və məşqçi Nazim Əlicanovun rəhbərlik sərbəst güləş yığmamız komanda hesabında 3-cü yeri tutub.

115 xal toplayan bagadırlarımızı 2-nci yerdəki Moldovadan cəmi 1 xal ayırıb. Rusiya 205 xalla Avropa çempionu olub.

Xatırladaq ki, komandamızın heyətində Turan Bayramov (65 kq) və Əbubakr Abakarov (79 kq) qızıl, Əshab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan