Rövşən Hüseynli: “Benfika” qrupumuzun aşkar favoritidir

Bu gün futzal üzrə çempionar liqasında əsas mərhələnin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, oktyabrın 8-dən 13-dək keçiriləcək mübarizədə “Araz”ın rəqibləri “Benfika” (Portuqaliya), “Xerson” (Ukrayna) və “Halle Gooik” (Belçika) klubları olacaq. Adı son çəkilən ölkədə təşkil ediləcək qrup oyunları ilə bağlı qapıçımız Rövşən Hüseynli açıqlama verib:

“Rəqiblərimizi müəyyən qədər tanıyırıq. Kifayət qədər güclü komandalardır. “Benfika” ölkəsində çempionlar liqasının son qalibi “Sportinq”dən güclü oldu. “Benfika” qrupumuzun aşkar favoritidir. Ukrayna çempionu haqda da xoş sözlər söyləmək olar. Çünki bu ölkənin futzalı hər zaman yüksəlişdə olub. 

Həmin kateqoriyadan