Rüfət Dadaşov Almaniya liqasında 7-ci qolunu vurdu

Almaniya 3-cü liqasının 15-ci turunda Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun oynadığı “Proyssen” klubu səfərdə “Zonnenhof Qrossaşpax”a 1:3 uduzub.

Allsport.az saytı xəbər verir ki, futbolçumuz start heyətdə meydana çıxıb və sonadək çıxış edib. O, 54-cü dəqiqədə komandasının yeganə qolunu vurub.

Münster təmsilçisi 26 xalla 2-ci pillədədir.

Həmin kateqoriyadan