Rüfət Dadaşov klubuna döndü, “Borussiya”ya qarşı 15 dəqiqə oynadı

Millimizin üzvü Rüfət Dadaşov “Proyssen”in düşərgəsinə qayıdıb. Allsport.az saytı xəbər verir ki, o, istirahət vaxtından bir gün əvvəl məşqlərə başlayıb. Həmvətənimiz Dortmund “Borussiya”sının 2-ci komandası ilə yoxlama görüşündə (2:3) iştirak edib və 75-ci dəqiqədə meydana daxil olub. 27 yaşlı fulbolçu yığmada çıxışı ilə bağlı bunu deyib:

“Millidə üç uzun həftə keçirdim. Çox oynamasam da, yüklənmə çox idi. Biz hər gün iki məşq keçirdik. İstirahətdən sonra özümü yenilənmiş kimi hiss edirəm. Amma əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyacım var. Məşqlər zamanı yükü get-gedə artıracağıq. Bundan sonra hücumda komandama kömək edə biləcəyimə ümid edirəm”.

Həmin kateqoriyadan