Rüfət Dadaşov qayıtsa da…

Almaniya 3-cü liqasının 20-ci turunda yığmamızın hücumçusu Rüfət Dadaşovun yer aldığı “Proyssen” evdə Köln “Fortuna”sına 0:2 yenilib.

Allsport.az saytı xəbər verir ki, həmvətənimiz xeyli müddət zədədən sonra ilk dəfə yaşıl meydana çıxıb. Start heyətdə olan futbolçu sonadək mübarizə aparıb.

Münster klubu 29 xalla 7-ci yerdədir.

Həmin kateqoriyadan