Rüfət Dadaşovla Bundesliqanın 3-cü dəstə komandası maraqlanır

Millimizin keçmiş hücumçusu Rüfət Dadaşov karyerasını başqa klubda davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, son mövsümü Almaniyanın regional liqasında çıxış edən “Moyzelvits”də keçirən həmvətənimiz xidmətində “Ros-Vayss” maraqlıdır.

Erfurt şəhərinin komandası Bundesliqanın 3-cü dəstəsində mübarizə aparır. “Moyzelvits”lə müqaviləsinin müddəti başa çatan 26 yaşlı forvardın yaxın günlərdə yeni klubuna keçəcəyi gözlənilir. O, son mövsümdə 13 dəfə rəqib qapılarına yol tapıb.

Həmin kateqoriyadan