Rüfət Dadaşovlu “Moyzelvits” heç-heçə edib

Almaniyanın Şimal-Şərq Regional Liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Moyzelvits” evdə “Lukkenvalde” ilə qarşılaşıb.

Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Start heyətdə meydana çıxan həmvətənimiz 65-ci dəqiqədə əvəzlənib. 7 turdan sonra “Moyzelvits” 3 xalla 16-cı yerdədir.

Həmin kateqoriyadan